Şəfəqə Doğru » Gündəm » Deputatdan ETİRAZ: "Uşağın birinə iki manat ödənişdir"

Deputatdan ETİRAZ: "Uşağın birinə iki manat ödənişdir"

Deputatdan ETİRAZ: "Uşağın birinə iki manat ödənişdir"
Deputat Fazil Mustafa Hərbi Qənimətlər parkının girişinin pulla olmasına etiraz edib.

Bununla bağlı olaraq millət vəkili "Facebook" hesabında parkın ödənişli olmasına etiraz edib.

"Məktəbliləri Qənimət Parkına aparırlar. Uşağın birinə iki manat ödənişdir. Uşaqdan da pul soymağı qənimət bilirlər. Halbuki uşaqlara şərait yaratmaq lazımdır ki, gəlib rahatlıqla ziyarət etsinlər və müharibə haqqında təsəvvürləri formalaşsın. Vətənpərvərliyi də ödənişsiz şəkildə təbliğ edə bilmirik".