"Məsələnin günahkarları araşdırılmalı və hüquqi tədbirlər görülməlidir”.
Xatırladaq ki, məsələ barədə Daxili İşlər Nazirliyi ötən gün məlumat yayıb. Məlumatda bildirilir ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:
"Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq".
Qeyd edək ki, ötən gün paytaxtın mərkəzində bir qrup siyasi fəal bir neçə gündür ki, cəzaçəkmə müəssisəsində aclıq edən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin həbsdən azad edilməsi ilə bağlı aksiya keçirib.