Şəfəqə Doğru » Gündəm » “Xəstəxanada elektroşok olsaydı, 16 yaşlı qız sağ qalardı” - GİLEY

“Xəstəxanada elektroşok olsaydı, 16 yaşlı qız sağ qalardı” - GİLEY

“Xəstəxanada elektroşok olsaydı, 16 yaşlı qız sağ qalardı” - GİLEY

Dekabrın 1-də Saatlı rayon sakini 16 yaşlı Aytac İsmayılova hamamda dəm qazından boğularaq vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Yaxınlarının iddiasına görə, o, xəstəxanaya sağ çatdırılsa da, həkimlər həyata qaytara bilməyib. Buna səbəb kimi isə qohumlar xəstəxanada elektroşok aparatının olmamasını əsas gətirirlər.
"Qafqazinfo” saytı  qeyd edilən aparatın olmaması haqda sözügedən xəstəxana ilə əlaqə saxlayıb. Saatlı Rayon Mərkəzi Xəstəxanasının ümumi şöbəsinin müdiri Nicat Mütəllimov  bildirib ki, Aytac İsmayılovanın dəm qazından zəhərlənməsi ilə bağlı valideynləri Təcili Tibbi Yardım Stansiyasına çağırış edib: "Təcili Tibbi Yardım Stansiyası xəstə evdə olarkən onun bioloji ölümünü təsdiq edib. Ancaq valideynləri bununla razılaşmayaraq, onu öz maşınları ilə yenidən xəstəxanaya gətiriblər. Həkim xəstəxananın həyətində bildirib ki, artıq hər hansı bir müdaxiləyə ehtiyac yoxdur. Çünki ölüm baş verib.
Qeyd edim ki, xəstəxananın təcili tibbi yardım bölməsində elektroşok aparatı var. Ancaq reanimasiya şöbəmizdə bu aparatdan yoxdur. Bununla bağlı TƏBİB-ə müraciət etmişik. TƏBİB-dən bildirilib ki, gələn ilin ilk aylarında xəstəxananın reanimasiya şöbəsi də elektroşok aparatı ilə təchiz ediləcək”.
Xatırladaq ki, rayon sakini, 2005-ci il təvəllüdlü Aytac İsmayılova yaşadığı evin hamam otağında çimərkən su qızdırıcının dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı rayon
prokurorluğunda araşdırma aparılır.