ABŞ prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya müdaxilənin iqtisadi nəticələri barədə xəbərdarlıq edəcək.
Shafaqadogru.com xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi məlumat yayıb.
"Rusiya irəliləyəcəyi təqdirdə Bayden xərclər barədə xəbərdarlıq edəcək. Bundan əlavə, Bayden problemin həlli üçün diplomatik yolların işə salınmasını təşviq edəcək", - o bildirib.Ağ Ev rəsmisi Baydenin bu gün Ukrayna prezidenti Vladimir Zelenski və digər avropalı müttəfiqləri ilə Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalarla bağlı danışacağını qeyd edib.