“Məmurlar vəzifəyə keçən kimi pul yığıb, karobkalarda saxlayırlar...”
- Tarix: 14-yan-2022, 12:48 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 31
"Prezident dediyi kimi də olmalıdır, ölkə düzəlməlidir, başqa yolu yoxdur. Balaca dövlətik, on milyon əhalimiz var, amma məmurlar vətəndaşlarla canavar kimi davranırlar. Niyə soruşmursunuz ki, Məleykə xanımın idarəsi (Məleykə Abbaszadə) mart ayında imtahan edir. Dərslər isə mart, aprel may və iyunun 14-nə qədər keçilməlidir. Bunların imtahanına görə üç ay yarım şagirdlər dərsdən uzaq düşəcəklər. Bunlar insanlara elm öyrətmək istəmirlər”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov təhsili, səhiyyəni inkişaf etdirməyin vacibliyini vurğulayıb:
 
"Ölkəni düzəltmək üçün təhsilin, səhiyyənin səviyyəsini artırmaq lazımdır. Məmurlar saf, pak olmalıdırlar. Üç ay yarım dərsdən yayınan şagird axı bir çox mövzulardan uzaq düşəcək. Belə qərar qəbul etmək olmaz axı. Özləri də deyir ki, martdan sonra keçiləcək dərslər imtahana salınmayacaq. Orta məktəbdə keçilən dərslər universitetdə keçilmir axı. Burda söhbət elmdən gedir, hansı ağılla, düşüncəylə belə bir qərar qəbul ediblər, bilmirəm. Bütün bunlar hamısı şagirdlərimizi savadsızlığa aparır. 
 
Çox sağ olsun ki, Prezident məmurlara xəbərdarlıq edir. Biz ziyalılar da həmişə onun arxasındayıq. Vüqar Səfərov jurnalistlərə verilən evləri satıb, pullarını da yeyib. Mənim lap oğlum, qardaşım belə olsa bağışlamaram. Xalqa qarşı getmək, dövlətin büdcəsini dağıtmaq olmaz. Bizim məmurlar vəzifəyə keçən kimi pul yığır və özü də pulu karobkalarda saxlayırlar. Pul isə gərək dövr eləsin. Bunların pulları karobkalarda saxlamasına görə pul dövr etmir”.
 
Vasif Əlihüseyn

Oxşar xəbərlər