Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Belarusa işgüzar səfər edəcək.
Shafaqadogru.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətin mətbuat xidmətinin məlumatına görə, baş nazir Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Qeyd edək ki, iyunun 20-21-də Qırğızıstanın sədrliyi ilə Minskdə Avrasiya Hökumətlərarası Şurasının üzbəüz formatda iclası keçiriləcək. Bundan əlavə, iyunun 21-də Minskdə Avrasiya İqtisadi Komissiyası Şurasının növbədənkənar iclası təşkil olunacaq.