Şəfəqə Doğru » Gündəm » Bankın 158 min manatını xərcləyən bank mütəxəssisinə 7 il həbs cəzası

Bankın 158 min manatını xərcləyən bank mütəxəssisinə 7 il həbs cəzası

Bankın 158 min manatını xərcləyən bank mütəxəssisinə 7 il həbs  cəzası

Sabirabadda bank filialından 158 min 969 manat ələ keçirilib. İstintaq tez bir zamanda cinayətin izinə düşüb. Məlum olub ki, vətəndaşların əmanətlərindən ibarət olan vəsait “Tik-tok” sosial şəbəkəsində hədiyyə paylanmasına sərf olunub. Pulları ilə vidalaşan isə “Bank Respublika”nın Sabirabad filialının 8 əmanətçidir.

ulları sosial şəbəkədə hədiyyələrə yönləndirən isə “Bank Respublika”nın Sabirabad filialının korporativ müştəri xidməti üzrə baş mütəxəssisi Rail Hüseynovdur.

13 il bu bankda çalışmış mütəxəssis 2023-cü ilin mayında əmanətlərlə bağlı problemin üstü açılandan sonra işdən qovulub və barəsində cinayət işi başlanıb. Rail Hüseynov külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi ittihamlar irəli sürülüb. Cinayət işinin materiallarına görə, 8 nəfər Sabirabad sakininin bankda olan pulları ilə bağlı müqavilələrə onların özlərinin xəbəri olmadan xitam verilib. Rail Hüseynov vətəndaşların hesablarındada olan vəsaitləri isə özünün və anasının adına olan bank hesablarına köçürüb. O hesablardan da “Tik-tok”a yönləndirib. Rail Hüseynov məhkəmədə deyib ki, məqsədi “Tik-tok” vasitəsilə pul qazanmaq olub: “Öyrənmişdim ki, pulla alınan virtual hədiyyənin dəyərini “Tik-tok”dan 2 ay ərzində geri qaytarmaq mümkündür. “Tik-tok”a yazırsan ki, həmin hədiyyə səhvən alınıb, bu səbəbdən pulun geri qaytarılmasını xahiş edirsən, pul geri qaytarılır. Belə olan halda, həm hədiyyəyə xərclədiyi pulu geri alırsan, həm də müxtəlif istifadəçilərin qarşılıq olaraq sənə göndərdiyi nişanları nağdlaşdırıb pula çevirirsən”.

Rail Hüseynovun sözlərinə görə, öncə kiçik məbləğlərlə bu cür pul qazanmağı sınaqdan keçirib və uğurlu alınıb. Bu səbəbdən daha böyük məbləğlər yatırmaq qərarına gəlib. Özünün pulu olmadığına görə bankın müştərilərinin pullarından istifadə edib. Amma bu dəfə uğursuz olub – nişanlar almağa xərclədiyi vəsaiti “Tik-tok”dan geri ala bilməyib: “Cavab yazdılar ki, hədiyyələri “Tik-tok”un elektron mağazasından yox, saytından almışam. Buna görə də hədiyyələrə xərclənın pulu geri qaytarmaq mümkün deyil. Bilmirdim ki, bu şəbəkədə belə qayda var”. O, əməlindən çox peşman olduğunu vurğulayıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi bank əməkdaşı Rail Hüseynovun peşmançılığını nəzərə alıb və ona daha yüngül cəza təyin edib. Məhkəmənin hökmü ilə Rail Hüseynova 7 il həbs cəzası verilib.

Musavat.com