“Bakının bəzi ərazilərində zirzəmilərdən keçən xətlər yararsız haldadır”.
Bu sözləri deputat Azay Quliyev fevralın 28-də Milli Məclisdə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.
“Məsələn, 7-ci mikrorayondan 10-dan çox binada kanalizasiya xətləri işləmir. Bildirim ki, 30-40 il əvvəl yaradılan bu xətlər yüklənməyə tab gətirmir. Yayda ümumiyyətlə durum çətinləşir. Digər problem isə Bakının bir çox ərazisində su qrafiklə verilməsidir. XXI əsrdə bu nə dərəcədə düzgündür? Binaların həyətlərində uzun illərlə əkilib, becərilmiş ağaclar var. Onların sulanması necə olsun?”,- deyə deputat bildirib( Modern.az ).