Şəfəqə Doğru » Gündəm » Sərhəddə silahlı insident – 1 nəfər güllələndi

Sərhəddə silahlı insident – 1 nəfər güllələndi

Sərhəddə silahlı insident – 1 nəfər güllələndi
Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Qusar rayon prokurorluğundan APA-ya verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.