Şəfəqə Doğru » Gündəm » Əliyev-Putin görüşündə Lavrov sirri

Əliyev-Putin görüşündə Lavrov sirri

Əliyev-Putin görüşündə Lavrov sirri

"Rusiya hökumət orqanlarında yerləşən erməni məmurları iki ölkə arasında olan istiləşmə prosesinə zərbə vurur”

 


Bu sözləri Axar.az-a erməni lobissinin Rusiya-Azərbaycan münasibətlərini pisləşdirilməsi məsələsini şərh edərkən politoloq Qabil Hüseynli söyləyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə iki ölkə arasında olan əlaqələr müzakirə olunub. Bu görüşdə müzakirə olunan məsələlərdən biri də Rusiyanın hökumət orqanlarında ermənilərin sayca çoxluq təşkil etməsi, onların Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə, bütövlükdə sülh yaratmaq prosesinə ciddi əngəllər törətməsidir. Rusiyada olan mətbuat orqanları, müxtəlif hökumət orqanlarında erməni tərəfinin lobbiçilik həyata keçirdiyi qeyd edilib. Lobbiçilik əməliyyatına həm də Rusiya Xarici İşlər naziri erməni mənşəli Sergey Lavrovun da başçılıq etdiyi bildirilib. Nümunə kimi deyə bilərəm ki, Sergey Lavrov mətbuat konfranslarından birində jurnalistlərə verdiyi cavabda Dağlıq Qarabağın tək Azərbaycanın daxili işi olmadığını dilə gətirmişdi. Eləcə də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət Azərbaycanı Rusiyanın erməni əsilli vətəndaşlarını qəsdən deportasiyada günahlandırmışdı. Bakı artıq aydınlıq gətirib ki, cəmi 17 nəfər deportasiya edilib, 1 nəfər isə həbs edilib. Deportasiya edilənlərin hamısı ermənilər olub. Heç bir azərbaycanlının Ermənistana getməsi mümkün deyil, amma ermənilərin müxtəlif vətəndaşlıqlar adı altında Azərbaycana axın etmək istəyirlər. Bu bizim milli təhlükəsizliyimizə təhdiddir” – politoloq bildirib.

Politoloqun sözlərinə görə, ermənilər müxtəlif vasitələrlə Rusiya-Azərbaycan yaxınlaşmasına əngəl yaratmağa çalışır:

"Biz danışıqlardan sonra cəbhədə atəşkəs rejiminin pozulması hallarının artdığını müşahidə edirik. Bu onu göstərir ki, ermənilər Azərbaycan və Rusiya prezidentlərinin görüşündən çox pərişandırlar. Atəşkəs rejimini pozmaqla bir növ Rusiyaya göz dağı vermək istəyirlər, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın təcavüzkar niyyəti barədə uydurma məlumatlar ötürməklə məşğuldurlar. Azərbaycan öz torpaqlarında oturub. Təcavüzə məruz qalan tərəf olaraq erməni əsgərinin burada nə işi olduğunu soruşmaq lazımdır. Atəşkəs rejiminin intensiv olaraq pozulması onu göstərir ki, buna həmişə ermənilər təşəbbüskar olur. Bununla da ermənilər hansı məntiqə qulluq etdiklərini açıq şəkildə göstərir”.