Şəfəqə Doğru » Gündəm » Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?


İyulun 26-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək

 


ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  21-24° isti, gündüz  30-34° isti, Bakıda gecə  22-24° isti, gündüz  32-34° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan  aşağı 754 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 75-85%,  gündüz 45-55% olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
         
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə  20-25° isti, gündüz  33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz  24-29° isti olacağı gözlənilir.