Şəfəqə Doğru » Gündəm » Azərbaycana məxsus hərbi texnika dolu maşının Ermənistan SQ tərəfindən ələ keçirilməsi yalandır - MN

Azərbaycana məxsus hərbi texnika dolu maşının Ermənistan SQ tərəfindən ələ keçirilməsi yalandır - MN

Azərbaycana məxsus hərbi texnika dolu maşının Ermənistan SQ tərəfindən ələ keçirilməsi yalandır - MN
Ötən gecə Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya hərbi texnika ilə dolu maşınının ələ keçirilməsi barədə məlumat yayıb. Bununla bağlı Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, heç bir hərbi təhlükə mənbəyi olmayan, qeyri-döyüş nəqliyyat vasitəsinə qarşı xüsusi təyinatlıların cəlb edilməsi ilə əməliyyatın təşkil edilərək keçirilməsi yalnız Ermənistan Müdafiə Nazirliyinin ağlına gələ bilərdi. Hətta Ermənistanın hərbi nazirliyi bu barədə bütün dünyaya car çəkməkdən belə utanmayaraq bununla "fəxr" edir.

Hər kəsə məlumdur ki, bu tip nəqliyyat vasitəsi heç bir döyüş və müdafiə vasitəsi ilə təmin olunmadığından hərbi təhlükə mənbəyi ola bilməz.

Döyüş meydanında məğlubiyyətə uğrayan erməni hərbi rəhbərliyi müxtəlif əfsanələr və gülüş doğuracaq hadisələr uydurmaqla əhalisini sakitləşdirməklə rahatlıq tapmağa çalışır.

Sirr deyil ki, həqiqətən hərbi əməliyyatların gedişi zamanı hər iki tərəfdən müxtəlif növ texnikalar vurulub və ya sıradan çıxarılıb. Ehtimal etmək olar ki, aktiv döyüş toqquşmaları sona çatdıqdan sonra Ermənistan Müdafiə Nazirliyi öz aktivinə daha bir "xəyali qələbəni" əlavə etmək qərarına gəlib.

Diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, Azərbaycan ərazisində xüsusi əməliyyatın keçirilməsi barədə Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu tip bəyanatın yayılması onların məsuliyyətsizliyinin, əldə olunan razılaşmalara saymazyana münasibətin bariz nümunəsidir və atəşkəs rejimini erməni tərəfinin pozmasının sübutudur.