Şəfəqə Doğru » Gündəm » Hava kəskin dəyişəcək, dolu düşəcək - Nazirlik xəbərdarlıq etdi

Hava kəskin dəyişəcək, dolu düşəcək - Nazirlik xəbərdarlıq etdi

Hava kəskin dəyişəcək, dolu düşəcək - Nazirlik xəbərdarlıq etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən məlumata görə, sentyabrın 11-i gündüzdən 12-si səhərədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.