Şəfəqə Doğru » Gündəm » Azərbaycana ilk qar yağıb - Qış erkən gəldi

Azərbaycana ilk qar yağıb - Qış erkən gəldi

Azərbaycana ilk qar yağıb - Qış erkən gəldi
Azərbaycana ilk qar yağıb.
"Report"un Şimal bürosu xəbər verir ki, gecə saatlarında Qubada yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.
İlk qar əsasən Qubanın dağ kəndlərinə - dəniz səviyyəsindən 2000-metrdən yuxarı olan kəndlərə, həmçinin Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur.
Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.