QAZAXDA EVDƏ PARTLAYIŞ BAŞ VERİB, XƏSARƏT ALAN VAR
- Tarix: 22-okt-2017, 11:13 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 561

Qazaxda evdə qaz sızmasından partlayış baş verib, xəsarət alan var.

 

Hadisə rayonun Daşsalahlı kəndində qeydə alınıb.

 

Kənd sakini Vəliyeva Cəvahir yaşadığı evin mətbəx otağında işığı yandıran zaman partlayış baş verib. Qadın müxtəlif yanıq xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. C. Vəliyevanın vəziyyəti orta-ağırdır.

 

Partlayış mətbəxə təbii qazın sızmasından baş verdiyi bildirilir.


Oxşar xəbərlər