Hadisə şahidlərinin sözlərinə görə, davaya səbəb kardioloqların xəstəni "paylaşa” bilməmələri olub. Sonucda şöbə müdiri Novruz Həsənovun xanım həmkarını təhqir etməsi xanım həkimi bu üsula əl atmasyla nəticələnib.
Olaydan qısa müddət sonra N.Həsənov məzuniyyətə çıxıb. Onu da qeyd edək ki, hadisənin təxminən bir ay öncə baş verməsinə baxmayaraq, bu haqda məlumat ictimaiyyətdən cidd-cəhdlə gizlədilib.
Xatırladaq ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə Könül Ələkbərov rəhbərlik edir. Onu da əlavə edək ki, K.Ələkbərov Mingəçevir şəhər Xəstəxanasına Gəncədən transfer olunub. Əsas vəzifəsi icbari tibbi sığorta sisteminin həyata keçirildiyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının inzibati, təsərrüfat və maliyyə işlərinə nəzarət etməkdən ibarət olan K.Ələkbərovun təyinatından sonra xəstəxanada əməlli-başlı gestapo rejimi yaradılıb.
Ümimiyyətlə, icbari tibbi siğortanın tətbiqi ilə bağlı pilot layihənin icrasına daxil olan Mingəçevir şəhər Xəstəxanasıyla bağlı şikayətlər yetərincədir. Ötən 10 aydan artıq bir müddət ərzində Mingəçevir şəhərində gerçəkləşdirilən icbari tibbi sığortayla bağlı daha geniş araşdırmamızı növbəti yazımızda təqdim edəcəyik
.(azadlıq.info)