Səudiyyə Ərəbistanında içində rəsmilərin olduğu helikopter qəzaya uğrayıb
Shafaqadogru.com xəbər verir ki, bu barədə yerli "Akaz” agentliyi məlumat yayıb.
Helikopterdə olan Əsir bölgəsi əmirinin müavini Mansur ibn Mukrin ibn Abduləziz əs-Səud və Əsir şəhər polisinin rəisinin öldüyü bildirilir.
"Əl Cəzirə" kanalı helikopterdə daha 8 yüksək çinli məmurun olduğu barədə məlumat yayıb.
Onların yoxlama aparmaq məqsədi ilə səfərə çıxdıqları qeyd edilir.
***
Qəzaya uğrayan helikopterin qalıqları tapılıb. Hazırda sağ qalanların axtarışları davam edir.