Şəfəqə Doğru » Gündəm » ​Azərbaycan telekanallarının Gürcüstandakı fəaliyyəti kəskin tənqid olundu...

​Azərbaycan telekanallarının Gürcüstandakı fəaliyyəti kəskin tənqid olundu...

​Azərbaycan telekanallarının Gürcüstandakı fəaliyyəti kəskin tənqid olundu...
Nizami Məmmədzadə: "AzTV-nin müxbiri Şahismayıl Şahməmmədoğlunun fəaliyyəti sıfırdır...”


APA-nın Gürcüstan Bürosunun keçmiş rəhbəri, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (GAXA.ge) təsisçisi və baş direktoru, tanınmış şair-jurnalist Nizami Məmmədzadə öz "Facebook” səhifəsində Azərbaycan telekanallarının Gürcüstandakı müxbirlərinin fəaliyyətini kəskin tənqid edib, onları azərbaycalılarla bağlı gerçəkləri çatdırmaqla bağlı fəaliyyətsizlikdə suçlayıb. 

Moderator.az jurnalistin sosial şəbəkədə sərgilədiyi tənqidi fikirlərinin bir qismini olduğu kimi nəzərinizə çatdırır:

"Gürcüstanda Azərbaycan TV-ləri içində ANA XORUZ var, pul deyə şuğuyur Azərbaycandan gələn nazirlərin, rəislərin və digərlərinin üstünə! İndi ona oxşayan bala xoruzlar da başlayıblar nırx deməyə ki, bizə belə deyiblər, biz çəkmirik! Kimə lazımdır bu TV-lər və kimə xidmət edirlər! Hətta Azərbaycan səfirliyinin tədbirlərini də çəkmək istəmirlər! Bunları hara yazaq, kimə yazaq! Bir TV-nin müxbiri də şər yaxmaqla məşğuldur. Mən bunu açıq demək istəyirəm. AZTV-nin müxbiri Şahismayıl Şəmmədoğlunun fəaliyyəti sıfırdır. Rəhbərlik hara baxır, bu üzdəniraq jurnalisti niyə işdən çıxarmır görəsən? Onun haqqında bir felyetonum da dərc olunacaq!..”