Şəfəqə Doğru » Gündəm » Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

Bakının Nizami rayonunda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

 


Qara Qarayev prospekti, 26 ünvanında 5 nəfər arasında əlbəyaxa dava olub. Nəticədə 1985-ci il təvəllüdlü Ələkbərov Ruslan İsrafil oğlu və 1985-ci il təvəllüdlü Qurbanov Tural Hacıməmməd oğlu bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, T.Qurbanovun vəziyyəti ağırdır.
 
 Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırma aparılır.