Şəfəqə Doğru » Gündəm » Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb

Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb

Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb

Kanadada "West Wind Aviation” şirkətinə məxsus ATR-42 təyyarəsi qəzaya uğrayıb

 

Shafaqadogru.com  APA-ya istinadən məlumatına görə, bu barədə "CBC” telekanalı xəbər verib.
 
Hadisə Fond-dü-Lak yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarənin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub.
 
İlkin məlumata əsasən, təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Qəza nəticəsində yaralananların olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur.
 
Qəzanın səbəbləri araşdırılır.