Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Shafaqadogru.com Report-a istinadən xəbər verir ki, 30 yaşlı Salamov Aydın Əhəd oğlu NZS qəsəbəsində naməlum şəxslə mübahisə edib və bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.