Şəfəqə Doğru » Gündəm » ARB TV əməkdaşı Mədət Quliyevə yazdı : “Məni müdir yumruqladı, sonra…”

ARB TV əməkdaşı Mədət Quliyevə yazdı : “Məni müdir yumruqladı, sonra…”

ARB TV əməkdaşı Mədət Quliyevə yazdı : “Məni müdir yumruqladı, sonra…”
"ARB 24 kanalında işlədiyim müddətdə məni səs otağında əvvəlcə təhqir edib, daha sonra isə yumruq atıb”.
AzEuroNews.com-un məlumatına görə, bu sözləri Kərimov Vüqar Kamil oğlu ARB telekanalının Tovuz üzrə rəhbəri Nadir Şəfiyev barəsində söyləyib.
Onun sözlərinə görə, döyülməsi ilə bağlı Tovuz Rayon Prokurorluğuna və Dövlət Təhlükəsizlik Xidmətinə şikayət edib.
V.Kərimov qeyd edib ki, N.Şəfiyevin onu təhqir etməsi və yumruqlamasını təsdiqləyən video görüntülər telekanal rəhbəri tərəfindən sildirilib: "Ancaq bu hadisənin şahidi var”.
ARB TV işçisi əlavə edib ki, hər dəfə bir bəhanə ilə maaşından 25-75 manat arasında kəsilib:
"Guya, mən o otaqda səs oxumağa gələn qızlara pis davranıram və hətta onlara tərbiyəsiz sözlər deyirəm. 
Amma heç bir qız çıxıb demədi ki, bu söz mənə deyilib. Yəni bunun yalanı tez bir şəkildə aşkar olundu. Nadir Şəfiyev mənimlə prinsipə girirdi”.
Müdirin otağına gedib bu şər-böhtanların səbəbini soruşan V.Kərimov iddia edib ki, belə bir cavabla qarşılaşıb: "Burda mənim qoyduğum qanunlar keçir”. 
"Şəfiyev o kanalı öz ailəsi üçün yaradıb. Orda onun həyat yoldaşı Ruqiyyə Şəfiyeva və digər ailə üzvlərinin adına maaş yazılır. Heç biri isə işə gəlmir. 
Oğlu Allahverdi Şəfiyevdən başqa. O da xəbər departamentinin rəisidir, amma efirlə bağlı ən böyük səhvləri də məhz o edir. Müəsisənin hər bir avadanlığından pul qazanırlar”. 
Telekanal əməkdaşı bildirib ki, şirkətin adına hər gün benzin talonları yazılır, amma heç bir xidməi maşın çəkilişə getmir: "Uzağı həftədə bir dəfə, o da cəmi bir maşın…”

22

Onun sözlərinə görə, TV rəhbərinin oğlu A.Şəfiyev aprel döyüşlərində ölkəmizi işğalçı tərəf kimi təqdim etmişdi.
Bununla belə, Tovuzdakı "Ayan Palace” hotelində iş düzələn Vüqarın sevinci çox çəkməyib. Dörd ay sonra hotelin ən yaxşı işçisi nominasiyasına layiq görülən keçmiş telekanal əməkdaşı bu dəfə də Şəfiyevin təzyiqlərinə məruz qalıb. Şəfiyevin diktəsi ilə Kərimovu hoteldən kənarlaşdırıblar.
ARB TV əməkdaşı Mədət Quliyevə yazdı :
Bu ittihamlarla bağlı ARB TV-nin açıqlamasını təqdim etməyə hazırıq.