Şəfəqə Doğru » Gündəm » Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

Azərbaycan məmurları üçün "qara günlər” başlayır. Çünki məmurlarımız kütləvi şəkildə "ABLV Bank”ın "xidmətindən” yaralanıb. Bu qalmaqal prezident seçkilərindən sonra bəzi rəhbərlərin öz vəzifəsi ilə vidalaşmasına səbəb olacaq

 


Məmur oliqarxların Avropadakı mülkləri və biznesləri təhlükədədir. Bir çox iri və orta ranqlı Azərbaycan məmuru həm Avropa və ABŞ-dakı mülk və bizneslərini itirə bilərlər, həm də Azərbaycan məmurları kütləvi şəkildə sanksiyalara məruz qala bilərlər. 

Məmurların karyeralaına da son veriləcəyi istisna olunmur.

Xəbər verildiyi kimi təqribən 10 gün əvvəl Latviyanın "ABLV Bank”ın əleyhinə ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə Şəbəkəsi (FinCOM) sanksiya tətbiq edib. Bu sanksiya Avropa Birliyi ölkələrində açıq havada "göy gurultusu”  effekti yaradıb. Baltikyanı dövlətlərində bəzi banklar ciddi narahatlıq keçirsələr də ümumilikdə ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə Şəbəkəsinin "ABLV Bank”a dair sanksiyası Avropanın maliyyə dairlərində böyük rahatlıq yaradıb. (Bu barədə aşağıda məlumat verəcəyik).

Bazar ertəsi yayılan məlumatda isə bildirilib ki, yaxın iki həftə ərzində amerikalı mütəxəssislər "ABLV Bank” üzərindən çirkli pulların yuyulması sxemlərini araşdırmaq üçün Latviyaya göndəriləcək. Bu barədə Latviyanın iqtisadiyyat naziri Arvil Aşerandnes yerli telekanallardan birinə müsahibəsində deyib. Maliyyə naziri Stiven Mnuçin isə bəyan edib ki, "ABLV Bank” Azərbaycan, Rusiya və Ukraynadan milyardlarla dollar çirkli pulların yuyulmasını təşkil edib. Habelə Şimali Koreyanın nüvə proqramlarına yardım edən pul yuma əməliyyatları həyata keçirib. 



Məsələ ilə bağlı bilgisi olan şəxsin redaksiyamızın elektron poçtuna göndərdiyi siyahıdan bəlli olur ki, məmurlarımız kütləvi şəkildə "ABLV Bank”ın "xidmətindən”  yaralanıb.

Qeyd edək ki, "ABLV Bank” Bakıda, İçərişəhərdə yerləşən "AG Centre” biznes mərkəzində ofisi uzun müddət fəaliyyət göstərib. Eyni zamanda Latviya bankı bir sıra Azərbaycan bankları ilə partnyorluq edib. MilliYol-a daxil olan məlumata görə, bu bankın "xidmətindən” demək olar ki, Azərbaycanın irili-xırdalı bütün məmurları istifadə edib. Yəni bəzilərinin iddia etdiyi kimi, "ABLV Bank”ın "xidmətindən” təkcə Eldar Mahmudov və Cahangir Hacıyev yararlanmayıb və bu prosses əslində kütləvi xarakterli olub. Bankın müştəriləri arasında nazir səviyyəli məmur oliqarxlar olmaqla yanaşı, idarə müdirlərinə qədər çoxlu sayda məmurlar olub və hal-hazırda da var. "ABLV Bank” bu məmurların Azərbaycanda korrupsiya yolu qazandıqları çirkli pulları Avropaya transfer edib və sonradan həmin məmurlar "ağlanmış”  pullarla Avropada biznes qurub, mülklər alıblar. 

MilliYol-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan məmurları "ABLV Bank”ın Bakı ofisi vasitəsilə  öz adlarına hesab açmayıblar, bir qayda olaraq hesab məmurlara yaxın qohum olan şəxslərin adına açılıb. Lakin həmin heçablara köçən vəsaitlərin mənbəyi göstərilməyib. "ABLV Bank” əslində 20-ci əsrdə İsveçrə banklarının çalşdığı prinsiplə çalışıb. Yəni yoldan keçən hər kəs pulunun mənbəyini göstərmədən bu bankda hesab aça bilib. Təbii ki, buna görə həm bank, həm də aracılıq edən bəzi şəxslər faizlərini alıblar.



Bir qayda olaraq Azərbaycan məmurları "ABLV Bank”ın Bakıdakı filialında hesab açıb həmin hesaba pul köçürüblər. Daha sonra isə həmin hesabdakı pullar bankın Riqa və Vilnüsdəki fillallarına köçürülüb və bununla da "qara pullar” "ağardılıb”. Bundan sonra isə həmin pullarla Azərbaycan məmurlar Baltikyanı  ölkələrdə rahatlıqla mülk alıb, biznes qurublar. Daha sonra isə həmin biznes və ya mülkləri satıb və çox rahat şəkildə Avropa Birliyinin digər ölkələrində yeni əmlak və mülklər alıblar. Sonrada bu pullarla bir çox məmurlarımızın Londonda və ABŞ-da mülklər aldıqları da bildirilir. Yəni Azərbaycan məmurlarının korrupsiya pullarını yumaq sxemi belə işləyib. 

Avropa Bankları "ABLV Bank”ın köçürmələrindən narahat olublar

Məsələ ilə bağlı MiliYol-un əlaqə saxladığı QHT rəhbərlərindən biri bildirib ki, "ABLV Bank”ın əməliyyatları bir müddət əvvəl bir sıra Avropa ölkələrində, həmçinin Almaniyada narahatlıq yaradıb. Çünki söhbət Rusiyadan, Ukraynadan, Azərbaycandan konkret olaraq mənbəyi bəlli olmayan milyardlarla avro sərmayənin Baltikyanı ölkələrə daxil olmasından gedib və daha sonra bu sərmayə oturum və iş qurma izni olmadan digər Avropa Birliyi ölkələrinə transfer olunub. Buna görə də bir neçə il əvvəl Almaniya höküməti yaşamaq izni almaq üçün ilkin biznes sərmayəsini 250 min avroya qədər aşağı salıb. Bbaltikyanı ölkələrdə isə bu rəqəm 80 min avro olub. Həmsöhbətimizin bildirdiyinə görə, əslində burda ədalətsiz rəqabət mühiti meydana çıxıb ki, bu da Almaniya, Böyük Britaniya və Fransa kimi aparıcı Avropa Birliyi dövlətlərində narahatlıq yaradıb.

Söhbət etdiymiz QHT rəhbəri MilliYol-a bildirib ki, "ABLV Bank”ın köçürmələrindən narahat olan Almaniya və Böyük Britaniyanın maliyyə dairələri Latviya bankının bu köçürmələrinin qeyri-rəsmi araşdırılması üçün ianə verdikləri Avropa QHT-lərinə müraciət edib. Həmin araşdırmalardan sonra isə aydın olub ki, "ABLV Bank” vasitəsi ilə köçürülən pullara alınan böyük otellərin, restoranların, bahalı villaların əksəriyyəti Rusiyadan və Azərbaycandan olan naməlum şəxslərə aiddir.  

Həmsöhbətimiz bildirib ki, bir neçə il əvvəl London şəhər meri sərmayə axınını təmin etmək məqsədilə şəhərə sərmayə qoyuluşu ilə bağlı şərtləri yüngülləşdirmişdi. Lakin məhz "ABLV Bank”ın bilinməyən mənbələrə dayanan köçürmələri ucbatından yenidən şərtlər sərtləşdirildi. 

Bir neçə aydır ki, məmurlarımız Avropaya pul transfer edə bilmirlər

"ABLV Bank”ın qaranlıq fəaliiyətinin transmilli QHT-lər tərəfindən araşdırılmasından sonra Latviya bankı ABŞ Maliyyə Nazirliyinin diqqətini cəlb edib. Eyni zamanda Avropa ölkələri də bu araşdırmalardan sonra "ABLV Bank”na qarşı tələblərini daha da sərtləşdirib və bir çox nüanslar Latviya hökümətinin diqqətinə çatdırılıb. Bundan sonra isə təşvişə düşən "ABLV Bank” Rusiyadan, Ukraynadan və Azərbaycandan köçürmələri dayandırıb. 

MilliYol-a göndərilən məlumata əsasən, ötən ilin payızından başlayaraq məmurlar "ABLV Bank” vasitəsi ilə Avropaya pul transfer edə bilmirlər. Bu üzdən də məmurlarımız əllərindəki korrupsiya pullarını ölkədən çıxarmaq üçün başqa vasitələr axtarırlar. Onlar əllərindəki pulları Rusiyaya və yaxud başqa MDB blkələrinə yatırmaqda maraqlı deyillər. Çünki bu halda həmin pullar yenə də çirkli pul hesab olunur və həmin pulların "təmizlənməsi” Avropaya girə bilməsi üçün əsas şərtdir. 

Mənbəmiz qeyd edib ki, bəzi məmurlarımız əllərindəki pullarla Bakıda daşınmaz əmlak da alıblar və bu üzdən də paytaxtda son aylarda bahalı daşınmaz əmlakın qiyməti qalxıb. 

Məmurlar qorxu içində

Azərbaycandan Avropaya pul transferi barədə MilliYol-a məlumat ötürən mənbə bildirib ki, bu hal son illərdə kütləvi xarakter alıb və yuxarıda da qeyd etdiyimiz kimi, bu prosesdə irili-xırdalı çoxsaylı məmurlar iştirak edib. Hazırda həmin məmurlar qorxu içindədirlər. Çünki "ABLV Bank”ın ifşa olunması, həm də ABŞ tərəfindən sanksiyaya məruz qalması, eyni zamanda bankın adının Şimali Koreyanın nüvə proqramında pul transferlərində hallanması ciddi təhlükədən xəbər verir. Bu təhlükə "ABLV Bank” vasitəsi ilə ölkədən pul çıxaran məmurların Qərbdə aldıqları mülklərin və qurduqları bizneslərin müsadirə olunması ilə nəticənə bildiyi kimi, eyni zamanda həmin məmurlara qarşı ABŞ və Avropada sanksiyalar tətbiq oluna bilər. Hətta mənbəyi qaranlıq olan pulların saxlandığı hesabların dondurulacağı şübhə doğurmur. Ən pis versiya isə hansısa məmurun adının Şimali Koreya ilə paralel hallanmasıdır. 

Mənbə bildirib ki, məmurları çox pis şəkildə qorxudan məsələlərdən biri də önların qaranlıq maliyyə əməliyyatlarından ölkə rəhbərinin xəbər tutmasıdır. Bu zaman isə onları həbs təhlükəsi də gözləyə bilər. Mənbə qeyd edib ki, daha əvvəl də ölkə prezidenti İlham Əliyevə məmurların "ABLV Bank” vasitəsi ilə Avropaya pul transfer olunması ilə bağlı məlumat verilib və bundan qəzəblənən prezident "ABLV Bank”  vasitəsi ilə ölkədən pul çıxaran məmurların siyahısını tələb edib. Bu siyahıda isə təkcə Eldar Mahmudovun və Cahangir Hacıyevin adı olmayıb. Siyahıda onlarla iri çaplı məmurun adı olub.

Картинки по запросу ablv bank və eldar mahmudov


Əslinə baxılarsa, Eldar Mahmudovun və Cahangir Hacıyevin "ABLV Bank”ın xidmətlərinə elə də ehtiyac olmayıb. Çünki bu şəxslərin əlində Beynəlxalq Bank, "AzəriQazBank” kimi banklar var idi və Beynəlxalq Bankın özündə də çirkli pulları yumaq üçün bir neçə sxem olub. Ona görə də ölkə mətbuatında "ABLV Bank”la əlaqəli olaraq ancaq Eldar Mahmudovun və Cahancir Hacıyevin adının hallanması əslində iz itrmək məqsədi daşıyır.

Mənbə bildirb ki, prezident qəti şəkildə oliqarx məmurlardan bu hərəkətlərə son verməyi tələb edib. Prezident eyni zamanda həmin pulların ölkə iqtisadiyyatına yatırılmasını istəyib. Prezidentin xəbərdarlığına baxmayaraq, oliqarx məmurlar əlləri altında olan orta səviyyəli məmurlar vasitəsi ilə pul transferlərini davam etdiriblər. Bu üzdən də işin miqyasının açıqlanması isə onlarla iri çaplı məmurun və yüzlərlə orta səviyyəli məmurun vəzifələri ilə vidalaşmalı olacaq və onlar həbs də oluna bilərlər. Eyni zamanda gələcəklərinin təminatı üçün Avropaya daşıdıqları sərvətlər də əllərindən çıxa bilər.

Korrupsiya pullarını Avropaya transfer edən məmurların siyahısında kimlərin adı var. Həmin siyahı barədə növbəti yazımızda...