Şəfəqə Doğru » Gündəm » A+ Böyütmək A+ Balacalaşdır Salyanda DYP postuna silahlı hücum - Polis əməkdaşı yaralandı(Təfərrüat)

A+ Böyütmək A+ Balacalaşdır Salyanda DYP postuna silahlı hücum - Polis əməkdaşı yaralandı(Təfərrüat)

A+ Böyütmək A+ Balacalaşdır Salyanda DYP postuna silahlı hücum - Polis əməkdaşı yaralandı(Təfərrüat)

Bu gün Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndində yerləşən 728 saylı DYP postuna silahlı şəxs hücum edib.

Shafaqadogru.com virtualaz.org-a istinadən verdiyi məlumata görə, ötən gün qanunu pozduğu üçün DYP postunda dayandırılaraq barəsində inzibati protokol tərtib edilmiş Salyan şəhərinin "MTS” adlanan yaşayış massivinin C.Cabbarlı küçəsində yaşayan 30 yaşlı Orxan Cahangir oğlu Bağırov bu gün yenidən həmin yerə qayıdaraq ov tüfəngindən posta tərəf atəş açıb.

Sonra özünə məxsus "Mitsubishi” markalı avtomaşınla Salyan şəhərinə gəlib və DYP əməkdaşlarının "saxla” işarəsinə əməl etməyərək, idarə etdiyi avtomaşını onların üzərinə sürüb. Nəticədə, DYP-nin zabiti, 36 yaşlı Raqib Dəmirov çiyin nahiyəsindən xəsarət alıb.

Orxan Bağırov saxlanılarkən silahlı müqavimət göstərsə də, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının peşəkarığı sayəsində zərərsizləşdirilərilərək həbs olunub. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

**** 

 

Bu gün Salyan rayonunda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

 

Salyanda DYP postunda silahdan atəş açan şəxs ötən gün Respublika Narkoloji Mərkəzindən buraxılıb. Elə həmin gün Ələt-Astara magistralı ilə idarə etdiyi "10 RS 444" dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərkən kamera görüntülərinə düşüb.

 

Salyan DYP postunda "saxlama” əmiri verilərkən polislərin üstünə avtomobili sürən Orxan Bağırov aradan çıxıb. Həmin gün onu saxlamaq mümkün olmayıb. Bu gün isə posta gələrək ötən günün növbətçi YPX əməkdaşlarını axtaran Bağırov silahdan göyə atəş açıb və oranı tərk edib.

 

 

YPX əməkdaşları Orxan Bağırovun avtoxuliqanlıq hərəkətlərinin kamera görüntülərini və digər qanunazidd hərəkətləri barədə Salyan polis şöbəsinə müraciət ediblər. Bu gün Salyan polis şöbəsinin YPX və 10 saylı tağımın əməkdaşları ilə birgə Orxan Bağırov saxlanılıb. Qeyd olunur ki, saxlanılan zaman narkotik vasitələrin təsiri altında olan O.Bağırov özünə atəş açmaq istəyib, lakin gülləsi olmayıb/apa