Qazaxda göldə batan ikinci balıqçının da meyiti tapılıb.
APA-nın qərb bürosunun məlumatına görə, gün ərzində aparılan axtarışlar nəticəsində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun meyiti aşkarlanıb.
Qeyd edək ki, bu gün xilasedicilər sahildən 400 metr aralıda, 16-17 metr dərinlikdə 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun meyitini tapıblar.
Fövqəladə Hallar Nazirliyi Qazaxda baş vermiş faciəvi hadisə ilə bağlı məlumat yaymışdı.Xəbərdə bildirilirdi ki, 10 mart 2018-ci il tarixində Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında batdığı ehtimal edilən 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlu və 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun axtarışları bu gün etdirilib. Axtarışlara Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar nəticəsində E.Məmmədovun cəsədi batdığı yerdən 500 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdi.