Şəfəqə Doğru » Gündəm » Bakı-Qazax yolunda ağır qəza: 2 ölü, 4 yaralı +

Bakı-Qazax yolunda ağır qəza: 2 ölü, 4 yaralı +

Bakı-Qazax yolunda ağır qəza: 2 ölü, 4 yaralı  +

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Hacıqabulun Atbulaq kəndi ərazisində "Mercedes” markalı avtomobil yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində iki qadının öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.

 

Xəsarət alanlardan biri "Mercedes”in sürücüsü, 3-ü isə avtomobildə olan azyaşlılardır.

 

Xəsarət alan uşaqlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir.

 

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar.