Bəzi media saytlarında bilidirilir ki, Binəqədi rayonu İcra Hakimiyyətinin rəhbəri Xaləddin İsgəndərovişdən azad edilib.
Xaləddin
İsgəndərov haqqında yerli mediada dəfələrlə yazılar dərc edilib. Onun
nəzarəti altında olan Binəqədi rayonunda yaşıllıqların məhv edilməsi,
yerində də binaların tikilməsi adi hal almışdı.
Həmçinin
eks başçının dövründə xeyli müddət Binəqədinin yollarındakı problemlər
kəskin narazılığa səbəb oldu. Bərbad yolların təmiri belə sakinlərin
yaşam tərzinə ciddi təsir etdi. Buna görə də, dəfələrlə Binəqədi
sakinləri etiraz edib, ölkə rəhbərliyinə müraciət ünvanlayıblar.
Qeyd
edək ki, Xaləddin İsgəndərov vəzifədə olduğu müddətdə rayonda yerləşən
hündürmərtəbəli binada 10-dan çox insanın ölümü ilə nəticələnən güclü
yanğın baş verib.
Xatırladaq ki, vergilər
naziriFazil Məmmədovvəzifəsindən azad edildikdən sonra ona yaxın adamlar
və bir neçə qohumu işdən uzaqlaşdırıldı. Həmçinin deyilirdi ki,
Xaləddin İsgəndərov da başçı vəzifəsindən kənarlaşdırılacaq.