Şəfəqə Doğru » Gündəm » Sarı dənizdə iki gəmi toqquşub, ölənlər, itkin düşənlər var

Sarı dənizdə iki gəmi toqquşub, ölənlər, itkin düşənlər var

Sarı dənizdə iki gəmi toqquşub, ölənlər, itkin düşənlər var

Sarı dənizdə iki gəmi toqquşub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün baş verib. Tanzaniya bayrağı altında üzən 500 tonluq gəmi Memuldo adasından 10 kilometr şimal-qərbdə Cənubi Koreyanın 15 tonluq balıqçı gəmisi ilə toqquşub.

Hadisə nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər itkin düşüb. Ölkənin dəniz polisi insanların axtarışı üçün 17 kater, habelə digər gəmilərə xilas əməliyyatı üçün hadisə yerinin yaxınlığından siqnal göndərib.