Şəfəqə Doğru » Gündəm » Bakıda daha bir süpürgəçıni maşın vurdu-Tanınmaması üçün təmizlikçi jiletinin çıxarıldığı iddia edilir

Bakıda daha bir süpürgəçıni maşın vurdu-Tanınmaması üçün təmizlikçi jiletinin çıxarıldığı iddia edilir

Bakıda daha bir  süpürgəçıni maşın vurdu-Tanınmaması üçün təmizlikçi jiletinin çıxarıldığı iddia  edilir

Bakıda daha bir  süpürgəçıni maşın vurdu-Tanınmaması üçün təmizlikçi jiletinin çıxarıldığı iddia  edilirPaytaxtda yol təmizləyən qadını avtomobil vuraraq öldürüb.

"Qafqazinfo” saytı xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, 15:00 radələrində Atatürk prospektində şəxsiyyəti hələlik məlum olmayan süpürgəçi qadını avtomobil vurub. Ağır xəsarət alan qadın yerindəcə keçinib.

Hadisə yerindəki şahidlər iddia ediblər ki, qadının üzərindəki süpürgəçi olduğunu bildirən fərqləndirici jileti çıxarılıb. Onun yol təmizləyən olduğunun bilinməməsi üçün belə edildiyi bildirilir.

Xatırladaq ki, martın 28-də aeroport yolunda süpürgəçi Cəmilə Salahova yol süpürərkən "Kamaz”la vurularaq öldürülmüşdü.

Həmin hadisədən sonra  Bakı şəhər Dövlət Yol polisi İdarəsi şəhərin küçələrində kommunal-təsərrüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilərə xüsusi jiletlər verilmişdi. Jiletlərin işıqqaytarma funksiyası olduğu üçün sürücülərin onları zamanında görəcəyi və qəzanın qarşısını alacağı düşünülürdü.