Şəfəqə Doğru » Gündəm » Yerevanda aksiyalar davam edir

Yerevanda aksiyalar davam edir

Yerevanda aksiyalar davam edir


 

Serj Sarqsyanın baş nazir seçilməsinə etiraz edənlər bu gün səhər saatlarından Yerevanın küçələri ilə yürüşləri bərpa ediblər

 


Yürüşlər bir sıra etirazçı qruplar tərəfindən keçirilir. Aksiyalardan biri Yerevan Dövlət Universitetinin qarşısında başlayıb.

Hazırda nümayişçilər lidersiz qalıblar. Belə ki, aprelin 21-də Armen Qriqoryan və David Sanasaryan, bazar günü isə deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan saxlanılıblar.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda 2008-ci ildən ölkəyə rəhbərlik edən S.Sarkisyanın baş nazir seçilməsinə etiraz məqsədilə aksiyalar keçirilir.(trend)