Şəfəqə Doğru » Gündəm » Jirinovski yenə gül vurdu: "Amerikalılar köksüzdür, avropalılar zibil "

Jirinovski yenə gül vurdu: "Amerikalılar köksüzdür, avropalılar zibil "

Jirinovski yenə gül vurdu: "Amerikalılar köksüzdür, avropalılar zibil "
Amerikalılar Birinci və İkinci Dünya müharibəsindəki qələbələri mənimsəyirlər.

Shafaqadogru.com xəbər verir ki, bunu "Rossiya 1” televiziyasında çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

"Amerika Birinci Dünya müharibəsinə necə daxil oldu? 1917-ci il aprelində hər şey bitir və amerikalılar piroqu bölməyə gəlirlər. İkinci Dünya müharibəsində isə müharibənin bitməyinə 9 ay qalmış onlar gəldilər. Bunlar hamısı iyrəncdir. Ona görə ki, amerikalılar köksüzdürlər, onlar gəlmədirlər. Varvar səyyahlar nə Çingiz xan, nə Napoleon, nə də Hitlerdir. Bunlar Avropadan gedən zibillərdir. Siz başa düşürsünüzmü amerikalıların əcdadları kimlərdir? Mən razıyam ki, indi orada da yaxşı insanlar var. Hətta Eynşteyn Amerikaya qaçıb, amma o, bunu faşistlərdən qurtulmaq üçün edib”, – deyə o bildirib.