Şəfəqə Doğru » Gündəm » Tramp Putini təbrik etdi: "Rusiya ilə yaxşı münasibətlərin qurulacağı vaxt gələcək“

Tramp Putini təbrik etdi: "Rusiya ilə yaxşı münasibətlərin qurulacağı vaxt gələcək“

Tramp Putini təbrik etdi: "Rusiya ilə yaxşı münasibətlərin qurulacağı vaxt gələcək“
ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putini vəzifəsinin icrasına başlaması münasibəti ilə təbrik edib, iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılmasına ümid etdiyini bildirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.

 "Prezident Tramp Putini təbrik edir və iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılmasına ümid edir. Ümid edirik ki, Rusiya ilə yaxşı münasibətlərin qurulacağı vaxt gələcək",- deyə S.Sanders bildirib.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.