Rusiya Prezidenti Vladimir Putinin səfəri ilə əlaqədar Vyanada hava məkanı bağlanacaq.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi Mixael Bauer öz Tvitter səhifəsində məlumat paylaşıb.
O bildirib ki, hava və yerdə təhlükəsizliyi təmin etmək üçün 10 təyyarə, 7 helikopter, kəşfiyyat radarı və 800 əsgər cəlb ediləcək.
Qeyd edək ki, Kreml rəhbərinin səfəri iyunun 5-nə planlaşdırılır.