Şəfəqə Doğru » Gündəm » Suriyada nələr baş verir? – RUSİYA-İRAN QARŞIDURMASI

Suriyada nələr baş verir? – RUSİYA-İRAN QARŞIDURMASI

Suriyada nələr baş verir? – RUSİYA-İRAN QARŞIDURMASI
Suriyanın paytaxtı Dəməşqdəki kritik mövqelər Rusiyanın əlinə keçib. Dəməşq İcra Hakimiyyəti və Baas Partiyasının yerləşdiyi Yeddi Bahrat bölgəsi, hökumət binalarının yerləşdiyi Kefer Susedə təhlükəsizliyi artıq Rus əsgərləri təmin edir. Moskva, İran dəstəkli Şiə milisləri də ölkədən çəkilməyə məcbur edir.

Uzun zamandır Suriyada Əsəd rejimi ilə birlikdə hərəkət edən Rusiya və İran arasında çəkişmələr baş verməyə başlayıb. Paytaxt Dəməşqdə İranın nəzarətindəki kritik mövqelərin Rus təhlükəsizlik qüvvələrinin əlinə keçdiyi, baş verənlərin Suriya kəşfiyyatında və ordusunda parçalanmaya yol aça biləcəyi bildirilir.
Suriyanın paytaxtı Dəməşqdə kritik mövqelərin nəzarəti əldən əldən keçib. Rus təhlükəsizlik qüvvələri daha əvvəl İran dəstəkli Şiə milislər və Bəşşar Əsədə bağlı Respublika Mühafizəçiləri tərəfindən qorunan Dəməşq İcra Hakimiyyəti, Baas Partiyasının Baş Qərargahı, Suriya Birjası və Mərkəzi Bankın yerləşdiyi Yeddi Bahrat bölgəsində patrul xidmətinə başlayıb. Baş nazir və nazirlik binalarının yerləşdiyi Kefer Susa bölgəsində də təhlükəsizlik Rus əsgərləri tərəfindən təmin edilməyə başlanıb.
Digər tərəfdən, Rus təhlükəsizlik orqanlarının, Suriyalı siyasi məhkumların qaldığı ən böyük iki həbsxana olan Adra və Sidnaya həbsxanalarına da nəzarəti ələ keçirib.

İRANA ÇƏKİLMƏ TƏZYİQİ

Suriyalı müxalifətçilərdən Yusif Hamed, Rusiyanın son 20 gündə Dəməşqin mərkəz və sərhəd xətlərində fəaliyyətini fövqəladə səviyyədə artırdığını deyib. Son prosesləri dəyərləndirən Hamed, Kusayr, Zebadani, Kuneytra, Sid Zeynəb və Deraya kimi regionlardan İran dəstəkli milislərin çəkilməsi məsələsində Rusiyanın təzyiq etdiyini bildirib. Hamed, xüsusilə sərhəd mövqələrində İran təsirinin yox edilməyə çalışıldığını və bu ərazilərdə Rusiya himayəsi altında ordu hissələrinin yerləşdirilməsinə başlandığını qeyd edib.

ORDU BÖLÜNƏ BİLƏR

Uzun illər Suriya kəşfiyyatında yüksək vəzifə tutan və 2013-ci ildə müxalif cərgələrə keçən, keçmiş Əl Muhaberat şefi Əbu Əhməd isə, İran-Rusiya çəkişməsinin Əl Muhaberat və Suriya ordusunda parçalanmaya səbəb ola biləcəyini bildirib. Kəşfiyyatda İran təsirinin güclü olduğunu bildirən Əbu Əhməd, hazırda Əl Muhaberatın başında duran Əli Məmlük və Əsədin generallarından Suheyl Həsənin bu prosesdə həlledici iki şəxs olacağını vurğulayıb. Rusiyanın Türkiyə müstəvisində qalmağa çalışdığını bildirən Əbu Əhməd, İran İnqilab Mühafizəçiləri Ordusuna bağlı Qüds Gücü Komandanı Qasım Süleymanı və Əsədin ətrafındakı şahinlərin fərqli hədəfləri olduğunu və Rusiyaya baxmayaraq, Astana prosesinin zıddınə bir sıra fəaliyyətlər həyata keçirdiyini qeyd edib.

ÇAT BÖYÜYÜR

Əbu Əhməd, İdlib-Zardanada baş verən və 20 mülki vətəndaşın qətlə yetirildiyi son hücumun da Rusiyanın istəklərinə zidd olsa da, keçirildiyini deyib. Zardana bombardmanının, Əsədin şahinləri ilə Kasım Süleymani kursunun açıq şəkildə "Biz bildiyimizi etməyə davam edəcəyik" mesajı olaraq oxunması lazım olduğunu qeyd edən keçmiş Əl Muhaberat şefi, Astanadan sonra fəallığı 80 faiz yox edilən Kasım Süleymani cəbhəsinin zaman-zaman müxtəlif təxribat cəhdlərini davam edəcəyini söyləyib.

ŞÜBHƏLİ ÖLÜMLƏR

Aralarında 11-ci Diviziya Komandiri general Əli Məhəmməd Əl Hüseynin də olduğu 4 yüksək səviyyəli hərbçinin ötən 20 gündə şübhəli ölümlərinə diqqət çəkən Suriyalı müxalif Hamed, meydançada artan İran-Rus gərginliyinin orduya da mənfi təsir edəcəyini söyləyib. Hamed, Hizbullahın raket atma sistemləri üzrə məsul şəxsi və Hizbullah lideri Həsən Nasrallahın müavinlərindən Cəmil Hadraç və İranın Suriyada hərbi müşavir sifəti ilə xidmət edən general Xəlil Necatın da eyni prosesdə şübhəli bir şəkildə öldüyünü bildirib.
Müxalifət.az