Şəfəqə Doğru » Gündəm » Azərbaycan Gürcüstanla sərhəddə yeni post tikir

Azərbaycan Gürcüstanla sərhəddə yeni post tikir

Azərbaycan Gürcüstanla sərhəddə yeni post tikir
Gürcüstanla Azərbaycan sərhədində yeni gömrük keçid postu tikiləcək.
Shafaqadogru.com  axar.az-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük nəzarəti baş idarəsinin rəis müavini Səməd Qaralov deyib.
Onun sözlərinə görə, artıq sözügedən yeni postun tikiləcəyi yer də təyin edilib:
"Yeni gömrük keçid məntəqəsi Böyükkəsik və Sadıqlı kəndləri arasında tikiləcək. Artıq məntəqənin tikintisi ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətindən icazə alınıb. Yeni post "Sınıq körpü” gömrük sərhəd keçid məntəqəsinin yükünü azaldacaq və sadələşdirəcək".
S.Qaralov həmin gömrük keçid məntəqəsində Gürcüstan və Azərbaycan gömrük xidməti əməkdaşlarının eyni binada oturacaqlarını da bildirib.