Şəfəqə Doğru » Gündəm » Yenə qabiliyyət imtahanlarında rüşvət iddiası - Gəncədən Məleykə Abbaszadəyə şikayət olundu

Yenə qabiliyyət imtahanlarında rüşvət iddiası - Gəncədən Məleykə Abbaszadəyə şikayət olundu

Yenə qabiliyyət imtahanlarında rüşvət iddiası - Gəncədən Məleykə Abbaszadəyə şikayət olundu

Gəncə şəhər sakini Arzu Qasım oğlu Məmmədov Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Sədri Məleykə Abbaszadəyə şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də PİA.az-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Məleykə xanım. Xeyli vaxtdır ki,Gəncə şəhərində qabiliyyət imtahanları keçirilir. Bu imtahanlar əsasən Azərbaycan Texnologiya Universitetində və Gəncə Dövlət Universitetində keçirilir. Azərbaycan Texnologiya Universittində "dizayn", Gəncə Dövlət Universitetində isə "bədən tərbiyəsi və idman","təsviri-incəsənət müəllimliyi","musiqi müəllimliyi" ixtisasları üzrə qabiliyyət imtahanları keçirilir.Bu qabiliyyət imtahanlarının keçirilməsinə rəhbərliyi Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov həyata keçirir.

Bu imtahanlarda Nəsimi Məmmədovun rəhbərlik etdiyi regional qəbul komissiyasının işçiləri Babək və Vüsal adlı şəxslər xüsusi canfəşanlıq göstərirlər.