Şəfəqə Doğru » Gündəm » Şəmkirdə dəhşətli yol qəzası: ölənlər var

Şəmkirdə dəhşətli yol qəzası: ölənlər var

Şəmkirdə dəhşətli yol qəzası: ölənlər var
Şəmkir rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Shafaqadogru.com -un  məlumatına görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mersedes" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb. Qəza zamanı daha 2 nəfər - Şəmkir rayon Seyfəli kənd sakini Qənbərov Mərdan Mikayıl oğlu və Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Qurbanova Sevda İskəndər qızı müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. M. Qənbərovun vəziyyəti ağır qıymətləndirilir.

Ölənlərin kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.