Bolqarıstanlı jurnalist Viktoriya Marinova qətlə yetirilib.
Shafaqadogru.com Sputnik-ə istinadən xəbər verir ki, tədqiqatçı jurnalist Bolqarıstanın Ruse şəhərində Dunay çayının sahilində ölü tapılıb. 30 yaşlı Marinova öldürülməmişdən əvvəl zorlanıb. Jurnalistin meyitini tapan şəxs dərhal polisə xəbər verib.
Qeyd edək ki, Viktoriya Marinova Avropa İttifaqı fondlarından pul oğurluğunu araşdırırdı.