Şəfəqə Doğru » Gündəm » Nikolun oğlu niyə Qarabağdadır? - AŞPA-da müzakirə

Nikolun oğlu niyə Qarabağdadır? - AŞPA-da müzakirə

Nikolun oğlu niyə Qarabağdadır? - AŞPA-da müzakirə

Ermənistan Baş naziri Paşinyan öz oğlunu hərbi xidmət üçün Ermənistana deyil, işğal etdikləri Azərbaycan bölgələrinə göndərirsə, buna qarşı ciddi addımlar atmaq lazımdır, AŞPA-nın bu istiqamətdə daha sərt mövqeyi olmalıdır.

Shafaqadogru.com  xəbər verir k, bu sözləri AŞPA-da çıxışı zamanı millət vəkil Qənirə Paşayeva deyib. O bildirib ki, AŞPA Ermənistan Baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsi məsələsinə münasibət bildirməlidir:

"Bu qanunsuzluğa, təxribata sərt etiraz etmək lazımdır. Bu cür beynəlxalq hüquq normalarına, AŞPA sənədlərinə zidd addımları durdurmaq üçün Ermənistana təzyiq göstərməlidir”.

Millət vəkili eyni zamanda bu gün AŞPA-da çıxışı zamanı işğalçı Ermənistanın uzun müddətdir qeyri-qanuni girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini də qaldırıb:

"Avropa Şurası onların azadlığa buraxılması üçün Ermənistan rəhbərliyinə təzyiq göstərməlidir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında öz ata-baba yurdunu ziyarət üçün getmiş 2 azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir və AŞ Baş katibinin belə çağırışlarına məhəl qoymayaraq, bu günə qədər onları azad etməkdən imtina edir”.

Millət vəkili qeyd edib ki, işğalçılara qarşı AŞPA olaraq mübarizəmizi daha da sərtləşdirməliyik:

"Uzun müddətdir işgəncə verilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş insan haqlarının müdafiəsi və onların azad buraxılması üçün Avropa Şurası səylərini daha da gücləndirməlidir”.