Şəfəqə Doğru » Gündəm » İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər – FOTO

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər – FOTO

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər – FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Shafaqadogru.com bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba rayonuna səfər çərçivəsində avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

X X X

Oktyabrın 11-də Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq "Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub.

 Bildirilir  ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsdi.