Şəfəqə Doğru » Gündəm » Şaqqalayıb turşuda əritdilər – Jurnalist Camalın amansız qətli

Şaqqalayıb turşuda əritdilər – Jurnalist Camalın amansız qətli

Şaqqalayıb turşuda əritdilər – Jurnalist Camalın amansız qətli

Məşhur səudi jurnalist, "The Washington Post” qəzetinin köşə yazarı, 59 yaşlı Camal Kaşıqçının qətli ilə bağlı yeni təfərrüatlar bəlli olub.

Shafaqadogru.com  Daily Mail-ə istinadən bildirir ki, Türkiyə polisi jurnalistin həyatının son anlarının səs yazısını əldə edib.

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna oktyabrın 2-də daxil olan Camal Kaşıqçının binaya girən kimi zərbə alaraq yerə yıxılıb. Sonra onun qollarını burublar və baş konsul Məhəmməd İbrahim əl Uteybinin kabinetinə aparıblar.

Burada təxminən bir saat davam edən dindirmədən sonra jurnalist amansızlıqla, vəhşiliklə döyülüb. Səs yazısında Camal Kaşıqçının qışqırtı, iniltisi var.

Jurnalisti sakitləşdirmək üçün ona narkotik inyeksiya vurulub. Bundan sonra kabinetə Səudiyyə Ərəbistanından gəlmiş xüsusi "ləğvetmə dəstəsi"nin üzvləri, zabitlər daxil olublar. Onlar Camal Kaşıqçını öldürüblər, sonra cəsədi qonşu otağa apararaq orada masanın üzərində cərrah mişarları ilə doğrayaraq şaqqalayıblar.

Sonda Camal Kaşıqçının cəsədinin tikələri kimyəvi turşuda əridilib, qalıqlar xüsusi paketlərə yığılaraq çantalara qoyulub. Çantaları götürən şəxslər qara rəngli avtofurqona oturaraq hava limanına yollanıblar, Səudiyyə Ərəbistanından onları gətirən təyyarəyə oturaraq geri qayıdıblar.

Türkiyə polisi İstanbul prokurorluğu və terrorizmlə mübarizə mütəxəssisləri ilə birlikdə dünən Səudiyyə Ərəbistanının konsulluğunda 9 saat davam etmiş axtarışlar aparıb.

"İtkin düşmüş Camal Kaşıqçı iki həftə əvvəl qətlə yetirilib və cəsədi şaqqalanıb", - rəsmi mənbələrin açıqlamasında deyilir.

Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulu Məhəmməd İbrahim əl Uteybi isə dünən ölkəni tərk edərək vətəninə yollanıb. Daha doğrusu, o, diplomatik toxunulmazlığından istifadə edərək qaçıb.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Səudiyyə Ərəbistanı jurnalstin ölümündə əli olmadığını tutarlı dəlillərlə sübut etməyənə qədər rəsmi Ər-Riyad Camal Kaşıqçının ölümündə şübhəli bilinəcək.