Şəfəqə Doğru » Gündəm » Polis qanunsuz silahlara qarşı bir neçə ünvanda əməliyyat keçirdi

Polis qanunsuz silahlara qarşı bir neçə ünvanda əməliyyat keçirdi

Polis qanunsuz silahlara qarşı bir neçə ünvanda əməliyyat keçirdi
 Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİA.AZ-a DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Rafiq Səmədov müvafiq sənədləri olmayan "İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə, Salyan rayonunun Noxudlu kənd sakini Müzəffər Feyzullayev isə müvafiq sənədləri olmayan "İJ-18 E” markalı ov tüfəngini RPŞ-yə təhvil verib.

Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Əlirzalı kənd sakini Sədrəddin Salahovdan müvafiq sənədləri olmayan "İJ-17” markalı ov tüfəngi götürülüb.

Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Əmircan qəsəbəsi ərazisində selofan torbanın içərisində nömrəsi silinmiş "Makarov” markalı tapança, 2 ədəd patron darağı və 5 ədəd patron tapılaraq aidiyyatı üzrə təhvil verilib.