Şəfəqə Doğru » Gündəm » Deputat: “Ermənilər Zatulinin çörəyini əlindən aldılar”

Deputat: “Ermənilər Zatulinin çörəyini əlindən aldılar”

Deputat: “Ermənilər Zatulinin çörəyini əlindən aldılar”

"Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin ABŞ-ın anti-İran sanksiyalarına Ermənistanın qoşulmasından çox narahat olub və rəsmi Yerevanı bundan çəkindirməyə çağırır"

"Bir siyasətçinin digər ölkənin, onun ölkəsinə aid olmayan məsələyə görə narahat olması çox əcaib görsənir".

Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Zatulin əvvəldən də ermənipərəst rus deputatı kimi tanınırdı və Baş nazir Nikol Paşinyana qədər özünü Ermənistanın deputatı kimi aparırdı:

"İndi isə situasiya dəyişib və artıq Zatulinə ehtiyac qalmayıb. Yəni, o daha çirkin siyasətinə görə Yerevan tərəfindən açıq və gizli şəkildə mükafatlandırılmayacaq.

Ermənistanın yeni iqtidarı ölkənin daxili və xarici siyasətini tam müəyyənləşdirməsə də artıq ona Zatulin lazım deyil.

 

Daha doğrusu, ona Konstantin Zatulin yox, bir dayıdan digər dayının himayəsinə keçmək üzrə zatulinlər lazımdır.

 

Şübhə yoxdur ki, belələri mütlıq tapılacaq. Bir tikə çörəyi əlindən çıxan Zatulin isə dərs aldı ki, Ermənistana etibar yoxdur”. (teleqraf.com)