Şəfəqə Doğru » Gündəm » Serj Sərkisyan: Daş üstə daş qoymayacağıq

Serj Sərkisyan: Daş üstə daş qoymayacağıq

Serj Sərkisyan: Daş üstə daş qoymayacağıq

Ermənistanın eks-prezidenti Serj Sərkisyanın Respublikaçılar Partiyasının bazar günü keçirilən iclasında çıxışı haqda indi məlumat yayılıb.

Shafaqadogru.com xəbər verir ki, "Qraparak” Sərkisyanın çıxışı zamanı partiyasının yalançı müxalifət olmayacağını bildirdiyini yazıb.

Sərkisyan üstüörtülü şəkildə Qarabağ məsələsinə də toxunub:

"Əgər hakimiyyət ölkə üçün sərfəli addımlar atsa, biz onları birmənalı şəkildə dəstəkləyəcəyik, əgər bu olmasa, o zaman daş üstündə daş qoymayacağıq. Bu məsələdə biz güzəşt etməyəcəyik, sona qədər mübarizə aparacağıq”.