Ölkə mətbuatında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin avtomobil qəzasına düşdüyü bildirilir.
Unikal.org-a açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı yayılan xəbərləri yalan adlandırıb və bu xəbəri yayan jurnalisti təhqir edib: "
Mən burada deputatla qəbuldayam. Onu yazanın...(söyür) Yalan məlumatdı. Onu deyən p.. yeyir (söyür). FHN-lə birgə Daşkəsən rayonunda tədbir keçiririk. Biz seçicilərlə görüşdəyik və belə bir şey yoxdur. Şərəfsiz, ...(söyüş) adamlardı şou yaradırlar".