Şəfəqə Doğru » Gündəm » "Rusiya SSRİ-nin parçalanmasına aparan yolla gedir"

"Rusiya SSRİ-nin parçalanmasına aparan yolla gedir"

"Rusiya SSRİ-nin parçalanmasına aparan yolla gedir"

Əgər xarici siyasi uğurlarımızdan əl çəkib, daxili problemlərə diqqəti artırmasaq, Rusiya SSRİ-nin parçalanmasına gətirib çıxaran yolla gedə bilər.

Shafaqadogru.com xəbər verir ki, bunu Ümumrusiya Vətəndaş Forumunda çıxışı zamanı Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin deyib. Onun sözlərinə görə, Rusiyanı müəyyən ambisiyalarla, ideologiyayla inşa etmək çox ağırdır:

"Biz bu gün o zamanlar formalaşmış mədəniyyətin, mentalitetin əsiriyik. SSRİ hansısa sui-qəsdə görə parçalanmadı. Onu parçalayan iqtisadi və siyasi sisteminin yetkin olmayan inkişaf modeli oldu. Ona görə də bu gün əgər biz daxili səbəblərə diqqət ayırmasaq, yenidən məğlubiyyətə düçar olacağıq. Bu mənada xarici siyasətdəki uğurlarımıza görə hərdən aparıcı ölkələr dairəsinə qayıtmağımız təklif edilir. Bu, müəyyən müddət dəstəklənə biləcək illüziyadır. Rusiyanın böyüklüyünün və ya çiçəklənməsinin iqtisadi bazası yaradılmayıb və hələlik buna yetəri qədər vaxt ayırmırıq”.