Türkiyədə qatar qəzasında həlak olanların sayı 7 nəfərə çatıb
- Tarix: 13-dek-2018, 13:42 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 503

Bu gün səhər saatlarında Ankara-Konya reysini həyata keçirən sürət qatarının Marşandiz stansiyasına daxil olarkən qəzaya uğraması nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.

Shafaqadogru.com  Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində, həmçinin 46 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onların 3-nün vəziyyəti ağırdır.

Hadisə yerinə gələn Ankara valisi Vasip Şahin qəzanın səbəbi barədə məlumat verərək deyib ki, sürət qatarı həmin yolda olan lokomotivlə toqquşub. Nəticədə üç vaqon relsdən çıxaraq aşıb.

Qəza zamanı qatarda 206 sərnişinin olduğu bildirilir.

Hazırda hadisə yerində xilasetmə əməliyyatları davam etdirilir, araşdırma aparılır.


Oxşar xəbərlər