Şəfəqə Doğru » Gündəm » "Vergi Məcəlləsindəki dəyişikliklər sahibkarların xeyrindədir" - Nazir müavini

"Vergi Məcəlləsindəki dəyişikliklər sahibkarların xeyrindədir" - Nazir müavini

"Vergi Məcəlləsindəki dəyişikliklər sahibkarların xeyrindədir" - Nazir müavini
"Vergi Məcəlləsində dəyişikliklərlə bağlı ilk təklifləri apreldə Nazirlər Kabinetinə göndərmişdik".

Shafaqadogru xəbər verir ki, bunu mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O bildirib ki, Vergi Məcəlləsindəki dəyişikliklərin hamısı sahibkarların xeyrindədir:

"Bəziləri düşünür ki, bu birdən-birə bizim ağlımıza gəldi. Amma bu heç də belə deyil. Biz ekspertlərin və digər tərəflərin fikirlərini öyrənib təklifi hökumətə göndərdik. Onların da mövqeyini öyrənib qanun layihəsini Milli Məclisə göndərdik. İlk dəfə idi ki, parlamentdə Vergi Məcəlləsi 3 oxunuşdan keçdi. Deputatların fikirlərini də dinləyib, Məcəllədə bəzi dəyişikliklər də etdik. Məcəllədə bütün dəyişikliklər sahibkarların xeyrindədir".

Nazir müavini qeyd edib ki, yeni məcəllə ilə bağlı xüsusi kitabça nəşr olunur: "Artıq kitabça çapa gedib və ümid edirəm ki, həftə sonuna hazır olacaq. Bu kitabçalar bizim xidmət mərkəzlərimizə paylanacaq".