İranın paytaxtı Tehran əyalətinin İslami İrşad və Mədəniyyət İdarəsinin keçmiş baş direktoru Behzad Moridi ölkəni tərk edərək Kanadaya qaçıb.
Shafaqadogru.com xəbər verir ki, Behzad Moridinin ölkədən qaçmasının dəqiq tarixi açıqlanmayıb. Ancaq onun milyardlarla tümən vəsaiti mənimsədiyi bildirilib.
Qeyd edək ki, son illər İranda hakimiyyətə qarşı kütləvi etirazların keçirilməsinin ardınca onlarla İran rəsmisi külli miqdarda pul mənimsəyərək, müxtəlif yollarla xarici ölkələrə qaçıb.