Şəfəqə Doğru » Gündəm » “WhatsApp” bəzi smartfonlarda fəaliyyətini dayandırır

“WhatsApp” bəzi smartfonlarda fəaliyyətini dayandırır

“WhatsApp” bəzi smartfonlarda fəaliyyətini dayandırır

WhatsApp” messenceri bəzi smartfonlarda fəaliyyətini dayandıracaq. 

Shafaqadogru.com "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı şirkətin rəsmi saytında məlumat yerləşdirilib. 

Bildirilib ki, "Nokia Series 40” əməliyyat sisteminə malik telefon istifadəçiləri messencerdən istifadə edə bilməyəcək. Qeyd edilib ki, 2012-ci ildə dünyada "Nokia S40”ın müxtəlif versiyaları ilə işləyən 1,5 milyarddan çox qurğu olub.  

 

Bundan başqa, 2020-ci ilin fevralın 1-dən bu dəyişiklik "Android 2.3.7” versiyalı smartfonlara da aid olacaq.